Azərbaycan texnoloji yenilikləri necə mənimsəyir? – Dünyada sonunculardanıq


Məlum olduğu kimi, ABŞ-nin Portulans İnstitutu və BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları “Qlobal İnnovasiya İndeksi – 2025” adlı hesabat açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, hesabatda 139 ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki güclü və zəif tərəfləri göstərilib.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi – 2025” adlı hesabatda Azərbaycan ən pis nəticəni “Biliyin mənimsənilməsi” (“Knowledge absorption”) sahəsində göstərib.
Azərbaycanın bu istiqamətdəki mövqeyi 139 ölkə arasında 134-cü yer olub.
Müqayisə üçün qeyd edək ki, keçmiş SSRİ və region ölkələrinin hesabatdakı mövqeyi aşağıdakı kimi olub:
Estoniya – 10-cu yer;
Türkiyə - 36-cı yer;
Latviya – 47-ci yer;
Rusiya – 52-ci yer;
Litva – 58-ci yer;
Ukrayna – 64-cü yer;
Gürcüstan – 68-ci yer;
Qazaxıstan – 80-ci yer;
Özbəkistan – 81-ci yer;
Qırğızıstan – 84-cü yer;
İran – 92-ci yer;
Moldova – 94-cü yer;
Ermənistan – 98-ci yer;
Belarus – 109-cu yer;
Tacikistan – 129-cu yer;
Azərbaycan – 134-cü yer.


Məlumat üçün bildirək ki, “Qlobal İnnovasiya İndeksi”ndə yer alan “Biliyin mənimsənilməsi” (“Knowledge absorption”) göstəricisi ölkələrin xaricdən daxil olan bilik və texnologiyaları nə dərəcədə mənimsəyə bildiyini əks etdirir. Burada əsasən İKT məhsullarının, o cümlədən yüksək texnologiyalı məhsulların idxalı, bu sahəyə birbaşa xarici investisiyaların cəlbi, əqli mülkiyyət üzrə ödənişlər və qabaqcıl texnologiyaların yerli iqtisadiyyata transferi nəzərə alınır. Bu göstərici ölkənin yeni bilikləri yalnız qəbul etməsini deyil, həm də onları daxili istehsalat və idarəetmə proseslərində tətbiq etmək bacarığını qiymətləndirir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top