
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron Fransanın Fələstini dövlət kimi tanıdığını rəsmən açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, sentyabrın 22-də Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinin açıldığı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Prezident Makron bu qərarı rəsmən elan edib.
Belçika, Monako, Malta və Lüksemburq liderləri Nyu-Yorkda keçirilən eyni sammitdə Fələstini dövlət kimi tanıdıqlarını bəyan ediblər.
Sammitin məqsədi Yaxın Şərqdəki münaqişəyə iki dövlət, İsrail və Fələstin dövlətləri səviyyəsində son qoyulmasıdır. İsrail hökuməti isə Fələstin dövlətinin heç vaxt mövcud olmayacağını bəyan edib.
Tətbiqimizi yükləyə bilərsiniz