Putin Baydenin keçmiş köməkçisinə vətəndaşlıq verdi − Qısnamada ittiham edirdi


Rusiya Prezidenti Vladimir Putin keçmiş ABŞ prezidenti Co Baydenin keçmiş köməkçisi Tara Ridə Rusiya vətəndaşlığı verib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq fərman Kremlin saytında yerləşdirilib.
Rid 1990-cı illərin əvvəllərində, senator olarkən Baydenin ofisində köməkçi kimi çalışıb.
2020-ci ildə Baydenin prezidentliyə namizədliyi zamanı Rid onu birlikdə olduqları zaman baş verdiyi iddia edilən cinsi təcavüzdə ittiham edib. Baydenin kampaniyası bu ittihamları rədd edib. Məsələ ilə bağlı heç bir rəsmi ittiham irəli sürülməyib.
Rid 2023-cü ildə ABŞ-də aldığı təhdidləri əsas gətirərək Rusiyaya köçüb. Köçdükdən sonra RT təbliğat kanalı ilə əməkdaşlıq edib.
Qeyd edək ki, ümumiyyətlə, Rusiya vətəndaşlığını almaq üçün ərizəçilər ən azı beş il ölkədə qanuni yaşamalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top