“HƏMAS Trampa şəxsi məktub yazıb” − KİV


“HƏMAS ABŞ Prezidenti Donald Trampa şəxsi məktub yazıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, məktubda silahlılar Trampdan israilli girovların yarısının dərhal azad edilməsi müqabilində 60 günlük atəşkəsə zəmanət verməsini xahiş edirlər.
Məktubun bu həftənin sonuna kimi Trampa çatdırılması gözlənilir.
Xatırladaq ki, keçən həftə Böyük Britaniyaya səfəri zamanı Tramp açıq şəkildə HƏMAS-a “son xəbərdarlıq” edərək, girovların dərhal azad edilməsini tələb edib. Əks halda ABŞ prezidenti “cəhənnəm cəzası” vəd edib.
Qeyd edək ki, HƏMAS hazırda 20-dən çox meyitlə və 20-yə yaxın canlı girov saxlayır. İsrailin Qəzza şəhərini işğal etməyə başlamasından bir neçə gün sonra qrup girovların fotolarını sosial şəbəkələrdə yayıb və onlara “əlvida” deməyi təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top