
Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində gözlənilməz məqam baş verib.
Yeniavaz.com “Aysor.am” portalına istinadla xəbər verir ki, münsiflər heyətinin azərbaycanlı üzvü ən yüksək balı erməni iştirakçı Saro Gevorqyana verib.
Buna cavab olaraq, münsiflər heyətinin erməni üzvü azərbaycanlı ifaçı Səbinə Quluzadənin ifasını ən yüksək balla qiymətləndirib.
İlk dəfədir ki, Azərbaycan və Ermənistan nümayəndələri beynəlxalq yarışda bir-birilərinə ən yüksək balı verirlər.
Qeyd edək ki, 12 iştirakçının hər biri öz ana dilində mahnı ifa edib. Heç bir iştirakçı layihəni tərk etməyib. Bütün iştirakçılar qələbə uğrunda mübarizəni davam etdirəcəklər.