Qızılın qiyməti ilk dəfə 3750 dolları keçdi


Qızılın qiyməti növbəti dəfə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3750 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 10:44-ə olan məlumata görə, qızılın qiyməti 0,54% faiz artaraq, 1 troy unsiyası üçün 3751,4 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 11:10-da isə qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3745 dollar (+0,37%) olub.

DİGƏR XƏBƏRLƏR

Top