“Fələstin dövləti olmayacaq” − Netanyahu


“İordan çayının qərbində Fələstin dövləti qurulmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətçiliyinin tanınması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Fələstin dövləti olmayacaq. İordan çayının qərbində Fələstin dövləti olmayacaq. 7 oktyabr qırğınından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: siz terrora böyük mükafat verirsiniz”, - Netanyahu bildirib. 
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da bu ölkənin sentyabrın 22-də BMT-də Qəzzadakı döyüşlərdən və İsrail hakimiyyətinin digər qərarlarından asılı olmayaraq Fələstinin tanınması məsələsi ilə bağlı konfrans keçirəcəyini açıqlamışdı. İyulun 24-də o, Fransanın BMT Baş Assambleyasında Fələstin Dövlətini tanımaq niyyətində olduğunu açıqlayıb. Yelisey Sarayı aydınlaşdırıb ki, bu tədbir zamanı Fransa ilə birlikdə daha 9 dövlətin Fələstini tanıdığını elan edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top