
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyəti fəlakət kimi qiymətləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində danışıb.
“Qəzza təbii fəlakətdir. Biz bununla məşğul olmalıyıq”, - Tramp deyib.
Amerika liderinin sözlərinə görə, onun sülh yolu ilə həllinə nail olmaq üçün ehtiyac duyduğu digər münaqişə Ukrayna böhranıdır:
“Biz yeddi müharibəni həll edə bilmişik. Bir-iki müharibə qalıb. Rusiya və Ukrayna ilə məşğul olmalıyıq; bu, dəhşətlidir”.
Tramp BMT Baş Assambleyasının gələn həftə başlayacaq 80-ci sessiyasının ümumi müzakirələrində yaxşı çıxış edə biləcəyinə ümid etdiyini bildirib:
“Mən BMT-də çıxış edəcəyəm və ümid edirəm ki, yaxşı iş görəcəyəm”.