
Suriya Xalq Şurasına seçkilər oktyabrın 5-nə qədər təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, səsvermə əvvəlcə sentyabrın 15-20-nə təyin edilmişdi. Bununla belə, bu həftə seçki komissiyası seçkilərin “logistik səbəblərə görə”, xüsusən ölkədə davam edən döyüşlər və əhalinin yerdəyişməsi səbəbindən etibarlı vətəndaşlıq qeydiyyatı sənədlərinin olmaması səbəbindən təxirə salınacağını açıqlayıb.
Kanalın mənbələri həmçinin daha əvvəl məlumat vermişdilər ki, səsvermə Suriyanın cənubundakı Əs-Suveyda əyalətindəki vəziyyət, həmçinin Dəməşq hakimiyyəti ilə Suriyanın şimal-şərqində əhəmiyyətli ərazilərə nəzarət edən kürdlərin rəhbərlik etdiyi koalisiya, Suriya Demokratik Qüvvələri (SDQ) arasında fikir ayrılıqları səbəbindən səsvermənin təxirə salına bilər.