
Böyük Britaniya, Avstraliya və Kanada Fələstin dövlətçiliyini tanıdıqlarını elan etdilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkələrin baş nazirləri Kir Starmer, Mark Karni və Entoni Albanese məlumat yayıblar.
“Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyə ümid yaratmaqda tərəfdaşlığını təklif edir”, - Kanadanın Baş naziri Mark Karni bildirib.
“Bu addım HƏMAS üçün mükafat kimi qəbul edilməməlidir. HƏMAS Fələstinin idarə olunmasında heç bir rol oynamamalıdır”, - Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Starmer qeyd edib ki, London yaxın gələcəkdə HƏMAS-a qarşı sanksiyaları genişləndirəcək.
“Avstraliya Fələstin xalqının öz dövləti üçün qanuni və çoxdankı istəklərini tanıyır. Fələstin dövlətçiliyinin tanınması istiqamətində atılan addım iki dövlətli həll üçün yeni impuls yaratmaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin bir hissəsidir”, - Avstraliyanın Baş naziri Entoni Albanese deyib.