
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlarda müəyyən irəliləyiş olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.
“Livanda “Hizbullah” üzərində qələbəmiz heç vaxt xəyal etmədiyimiz imkanları, o cümlədən şimal qonşularımızla sülh əldə etmək imkanlarını açdı. Biz suriyalılarla danışıqlar aparırıq və müəyyən irəliləyiş var”, - Netanyahu bildirib.