Nizami və Suraxanıda oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb


Paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib.
“Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top