
Ukraynanın Xmelnitski Şəhər Dairə Məhkəməsi Dövlət Dumasının deputatı Andrey Luqovoyu qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, dövlət dumasının deputatı Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunub.
Luqovoy 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Elə həmin ildən o, Ukraynanın “Mirotvorets” məlumat bazasına daxil edilib.