
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” Azərbaycan Qran-prisinin sıralama turunun qalibi olub.
Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən yarışda ikinci yeri “Uilyams”ın ispan pilotu Karlos Sayns, üçüncü yeri isə “Reysinq Bullz” komandasının yeni zelandiyalı pilotu Liam Louson tutub.
“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri və “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, “Alpine” komandasının argentinalı pilotu Franko Kolapinto qəzaya uğrayaraq, sıralama turunu yarımçıq başa vurublar.
Qeyd edək ki, Maks Ferstappen əsas yarışa ilk sırada start verəcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq və saat 15:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz