Çempionlar Liqasında favoritlər açıqlandı – Yeni siyahı


“Opta” superkompüteri ümumi mərəhələnin ilk turundan sonra UEFA Çempionlar Liqasının favoritlərini müəyyən edib.
Yeniavaz.com
xəbər verir ki, İngiltərənin “Liverpul” klubu 19,9%-lik nəticə ilə (əvvəl bu rəqəm 20,4% idi) Avropanın nüfuzlu turnirində qalib gəlmə ehtimalı ən yüksək olan klub olaraq qalır.
Favoritlər siyahısında İngiltərənin “Arsenal” klubu ikinci (16%), Fransanın “Pari Sen Jermen” (PSJ) klubu isə üçüncüdür (12,7%).
Bu günə olan məlumata görə, Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasının ümumi turnir cədvəlində birinci yerdədir. İkinci yerdə PSJ, üçüncü yeri isə “Brügge” qərarlaşır. Hər üç komandanın üç xalı var.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ klubudur.

DİGƏR XƏBƏRLƏR

Top