ABŞ Qəzza ilə bağlı qətnaməyə yenə veto qoydu


ABŞ son iki ildə altıncı dəfə Qəzza zolağı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub.
Yeniavaz.com
xəbər verir ki, qurumun on mininci ilcasında Vaşinqton sənədin əleyhinə səs verən yeganə üzv olub.
Təhlükəsizlik Şurasının digər 14 üzvü, o cümlədən daimi üzvlər Rusiya, Çin, Böyük Britaniya və Fransa qətnamənin lehinə səs verib.
Qətnaməyə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü - Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya və Somali müəlliflik edib.
Qətnamə Qəzzada atəşkəsin bərpa edilməsi ilə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini və İsrail hökumətinin Qəzzaya humanitar yardımın daxil olmasına bütün məhdudiyyətləri dərhal və qeyd-şərtsiz aradan qaldırmasını tələb edir. Sənəd həmçinin Qəzzada bütün əsas xidmətlərin tam bərpasını təmin etməyə çağırır.

DİGƏR XƏBƏRLƏR

Top