“Fransada etirazlar zamanı 180-dən çox adam saxlanıldı” − “Le Parisien”


Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 181 etirazçını saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinə istinadən “Le Parisien” qəzeti məlumat yayıb.
Parisdə, yenilənmiş məlumatlara görə, 31 etirazçı saxlanılıb. 11 polis və bir jurnalist olmaqla 22 nəfər yaralanıb. Ölkə üzrə ümumilikdə 700 etiraz aksiyası keçirilib.
Qeyd edək ki, daha əvvəl ölkənin DİN-i nümayişlərdə 500 mindən çox insanın iştirak etdiyini bildirmişdi. Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatı Ümumi Əmək Konfederasiyasının məlumatına görə, 1 milyondan çox insan küçələrə çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top