Qazaxıstanda Süni İntellekt Nazirliyi yaradıldı


Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Prezidenti Rəqəmsal İnkişaf Nazirliyinin Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilməsi barədə sərəncam verib.
Hökumətə dövlət orqanlarında kadrların yenidən bölüşdürülməsini təmin etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top