Millimiz qalib gəldi


15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Yeniavaz.com
AFFA-ya istinadla xəbər verir ki, Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş 3:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Yığmanın heyətində qolları Həsən Mürşüdzadə (5), Xəzər Hüseynzadə (51) və Murad Məmmədov (81) vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə ilə nəticələnib.

DİGƏR XƏBƏRLƏR

Top