Eyfel qülləsi bağlandı


Parisin əsas turizm məkanı olan Eyfel qülləsi cümə axşamı tətillərlə əlaqədar ziyarətçilər üçün bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qüllənin rəsmi saytında dərc olunmuş bildirişdə qeyd edilib.
“Sentyabrın 18-də baş verən tətillə əlaqədar Eyfel qülləsi hazırda bağlıdır”, - mətndə bildirilib.
Qeyd edək ki, sentyabrın 18-də Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir. Hakimiyyət ölkə daxilində nümayişlərə təxminən 900 min insanın iştirak edəcəyini gözləyir.
Asayişi qorumaq üçün Fransa Daxili İşlər Nazirliyi 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarə cəlb edib.
Parisdə yürüş günortadan sonra başlayıb. Lion, Nant və Nitseda isə etirazlar səhər tezdən davam edir.

DİGƏR XƏBƏRLƏR

Top