
Amerikanın “İnter Mayami" klubu argentinalı hücumçusu Lionel Messi ilə müqaviləsini uzatmaq üçün danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” ESPN telekanalına istinadla məlumat yayıb.
Məlumata görə, tərəflər danışıqların son mərhələsindədirlər və yekunlaşmaq üçün yalnız bir neçə detal qalıb.
Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, yaxın iki həftə ərzində rəsmi açıqlama gözlənilir.
Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Bu mövsüm Messi Amerika Böyük Futbol Liqasında (MLS) 21 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.