Ziyafətdə birinci xanımların donları Ukrayna bayrağının rənglərində olub


Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamilla və ABŞ-nin birinci xanımı Melaniya Tramp dövlət ziyafətində Ukrayna bayrağının rəngləri olan mavi və sarı rəngli paltarlarda iştirak ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, tədbir zamanı kral ticarət, Ukrayna və ətraf mühitin mühafizəsi mövzularına toxunub.
Monarx həmçinin qeyd edib ki, Böyük Britaniya və ABŞ Birinci və İkinci Dünya Müharibələri zamanı tiranlıq qüvvələrinə qarşı birgə dayanıblar.
“Bu gün tiranlıq yenidən Avropanı təhdid etdiyi bir vaxtda, biz və müttəfiqlərimiz təcavüzün qarşısını almaq və sülhə nail olmaq üçün Ukraynanı dəstəkləyirik”, - monarx bildirib.
Kral Böyük Britaniya və ABŞ-nin çoxillik ortaq tarixindən və onların tərəfdaşlığının yeni erasından da bəhs edib.
Qeyd edək ki, sentyabrın 16-da Tramp həyat yoldaşı ilə birlikdə Londona gedib. Sentyabrın 17-də Kral III Çarlz onu Vindzor qəsrində qəbul edib.
Tramp sentyabrın 18-də Çekers iqamətgahında Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlar aparacaq.
Digər tərəfdən, səfər zamanı iki ölkə arasında elm, texnologiya və mülki nüvə enerjisi sahələrində dəyəri 10 milyard dollardan çox olan əməkdaşlıq sazişləri imzalanacaq.

DİGƏR XƏBƏRLƏR

Top