
1-7 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində keçiriləcək XI Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətləri üçün Mədəniyyət Nazirliyi “Azexpomontage” MMC (VÖEN - 1302174151) şirkətinə 533 min 717 manat 1 qəpik ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi “Azexpomontage” MMC ilə tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında müqavilə bağlayıb.
Qeyd edək ki, kitab sərgisini təşkil edəcək “Azexpomontage” MMC 15 mart 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 4 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Hüseynov İlham Əliheydər oğludur.
Məlumat üçün bildirək ki, ötən il baş tutan X Beynəlxalq Kitab Sərgisinin təşkili işlərini “Admedia.Az” MMC həyata keçirib. Ötən il tender şərtlərində nəzərdə tutulan təşkilati işlərin bəziləri icra edilməyib və bu barədə ilk dəfə Yeniavaz.com saytında məlumat dərc olunub.
Ətraflı məlumat almaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Kitab sərgisi üçün nazirlikdən 642 min manat alan şirkət bəzi xidmətləri yerinə yetirməyib?
Elnur Əli