
Çempionlar Liqasının ilk turunda İtaliya ikincisi “İnter” səfərdə Amsterdamın “Ayaks” klubu ilə qarşılaşıb.
Yenivaz.com xəbər verir ki, rumıniyalı Kristian Çivunun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib gəlib.
“İnter”in fransalı hücumçusu Markus Tyuram dubl edib.
Almaniya çempionu “Bavariya” öz meydanında “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib. İngilis hücumçu Harri Keyn “Bavariya”nın heyətində iki qol vurub.
İngiltərə çempionu “Liverpul” doğma meydanda “Atletiko Madrid”i 3:2 hesabı ilə məğlub edib.
Çempionlar Liqasının son çempionu PSJ isə Parisdə Berqamonun “Atalanta” komandası ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
Ötən axşam baş tutan Çempionlar Liqası oyunlarının nəticələri belə olub:
“Ayaks” – “İnter”: 0:2;
“Bavariya” – “Çelsi”: 3:1;
“Liverpul” – “Atletiko Madrid”: 3:2;
PSJ – “Atalanta”: 4 :0;
“Slavya Praq” – “Bodo Qlimt”: 2:2;
“Olimpiakos” – “Pafos”: 0:0.