Netanyahu iki həftə sonra Ağ Evə səfər etməyi planlaşdırır


İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla yenidən görüşməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə İsrail iqtisadiyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“Tramp məni Ağ Evə dəvət etdi. Bu, iki həftədən sonra, bazar ertəsi, mənim BMT Baş Assambleyasındakı çıxışımdan sonra olacaq”, - Netanyahu deyib. 
Netanyahu əlavə edib ki, o, Amerika lideri ilə Fələstinin HƏMAS hərəkatının rəhbərliyini aradan qaldırmaq məqsədi daşıyan İsrailin Qətərə son zərbələrini müzakirə edib:
“Dohaya zərbə endirdikdən sonra onunla bir neçə söhbətimiz oldu və hamısı çox yaxşı idi”.

DİGƏR XƏBƏRLƏR

Top