
Qırğızıstan Prezidenti Sadır Japarov Cəlal-Abad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qanunu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat verilib.
Ölkə parlamenti qanunu sentyabrın 10-da qəbul edib.
“Qanunun məqsədi milli ideologiyanın gücləndirilməsi və Cəlal-Abad şəhərinə qırğız xalqının milli qəhrəmanı və müxtəlif işğallardan müdafiəçisi olan böyük Manasın adının verilməsidir”, - məlumatda bildirilir.