“Si Cinpin 2026-cı ildə ABŞ-yə səfər edə bilər” – SCMP


ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırdığı səfərdən sonra Çin sədri Si Cinpin 2026-cı ildə ABŞ-yə cavab səfəri edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “South China Morning Post” (SCMP) məlumat yayıb.
Qeyd edək ki, daha əvvəllər Trampın oktyabrın sonu və ya noyabrın əvvəlində Çinə səfər edə biləcəyi bildirilib. 
Nəşr bildirib ki, ABŞ Trampın Çinə səfərinin Vaşinqtonun Pekinə güzəşti kimi qiymətləndirilə biləcəyini düşünür. 
“Sonda prezident Tramp hara getmək istədiyi və Çində nə etmək istədiyi barədə son sözünü deyəcək. O, qarşıdan gələn səfərlə bağlı çox həyəcanlı görünür, lakin o, həm də komandasını dinləməlidir”, - mənbə qəzetə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top