Cari bank hesablarının sayı kəskin artıb


Hüquqi şəxslərin və sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari bank hesablarının sayı 2019-cu ildən 2025-ci ilə qədər əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidmətinin illik hesabatında yer alıb.
Bildirilir ki, 2019-cu ildə sahibkarların bank hesablarının sayı 323 min 259, hüquqi şəxslərin hesabları isə 216 min 681 təşkil edib. 2025-ci ildə isə sahibkarların hesablarının sayı 1 milyon 123 min 177-yə, hüquqi şəxslərin hesabları isə 393 min 165-ə çatıb.
Eyni zamanda, ölkədaxili əməliyyatlarda plastikan kartlarla nağdsız ödənişlərin payı da nəzərəçarpacaq dərəcədə yüksəlib. Əgər 2018-ci ildə bu göstərici 17% idisə, 2024-cü ildə artıq 64,2%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top