Ukrayna ABŞ-dən yeni silahlar alacaq – Zelenski


Ukrayna ABŞ-dən “Patriot” raketləri və “HIMARS” sistemləri üçün sursat alacaq.
Yeniavaz.com
UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə keçirdiyi brifinqdə bildirib.
O deyib ki, bu silahlar “Ukrayna Priority Demands List” (PURL) proqramı çərçivəsində veriləcək.
Zelenski açıqlayıb ki, PURL üçün artıq 2 milyard rubldan çox vəsait ayrılıb və oktyabrda əlavə maliyyə də gözlənilir. Ümumi məbləğin 3,5–3,6 milyard dollar olacağı gözlənir.
ABŞ-dən gələcək ilk iki paket hər biri 500 milyon dollar dəyərində olacaq. Hər iki paketdə “Patriot” üçün raketlər və “HIMARS” üçün mərmilər nəzərdə tutulub.
Zelenski əlavə edib ki, komandası ABŞ Prezidenti Donald Trampla görüşün təşkili üzərində işləyir.
Qeyd edək ki, PURL təşəbbüsü Ukraynanın NATO vasitəsilə ABŞ silahları alması üçün yaradılıb. Ukrayna bu proqramla hər ay müttəfiqlərindən 1 milyard dollar almağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top