
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan İrandan ümumi dəyəri 1 milyon 182,9 min dollar olan 2 min 150,7 ton xiyar idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.
Məlumat üçün bildirək ki, bu ilin ilk 7 ayında Azərbaycan Rusiyaya 957,4 min dollar dəyərində 1 174,8 ton xiyar ixrac edib. Rusiyaya satılan xiyarın 1 kiloqramının orta gömrük dəyəri isə 87 sent (1,49 manat) olub.
Elnur Əli