“Formula 1” günlərində metroun iş rejimi iki saat uzadılacaq


“Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Yeniavaz.com
xəbər verir ki, QSC-nin yaydığı məlumata görə, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
“Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top