
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 1 milyard 349,8 milyon dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 351,5 milyon dollar artıb.
Qeyd edək ki, kəskin artım İsrail iqtisadiyyatına yatırılan investisiya ilə bağlı olub. Belə ki, ötən ilin ilk 6 ayında İsrailə cəmi 400 min dollar vəsait yatırıldığı halda, bu ilin eyni dövründə həmin göstərici 542,5 milyon dollara yüksəlib. Nəticədə Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların 40,2%-i İsrailin payına düşüb.
Əvəzində isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə yatırdığı investisiyalar kəskin azalıb. Ötən ilin ilk 6 ayında BƏƏ iqtisadiyyatına 396,9 milyon dollar sərmayə qoyulduğu halda, bu ilin eyni dövründə bu göstərici 2,5 dəfə azalaraq 156,3 milyon dollara düşüb.
Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiya da ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında 69 milyon dollar artıb.
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin siyahısı aşağıdakı kimi olub:
İsrail – 40,2% (542,5 milyon dollar);
Türkiyə – 13,1% (177,4 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 11,6% (156,3 milyon dollar);
Amerika Birləşmiş Ştatları – 5,8% (77,6 milyon dollar);
Gürcüstan – 5,7% (77,1 milyon dollar);
Birləşmiş Krallıq – 4,8% (64,8 milyon dollar);
İspaniya – 3,5% (47,6 milyon dollar);
Rusiya Federasiyası – 2,1% (28,3 milyon dollar);
İsveçrə – 1,6% (22,2 milyon dollar);
Özbəkistan – 1,6% (21,4 milyon dollar);
Almaniya – 1,0% (14,0 milyon dollar);
Fransa – 0,9% (11,8 milyon dollar);
Finlandiya – 0,8% (10,9 milyon dollar);
İtaliya – 0,8% (10,5 milyon dollar);
Koreya Respublikası – 0,8% (10,4 milyon dollar);
Çin – 0,7% (9,0 milyon dollar);
Avstraliya – 0,6% (7,9 milyon dollar);
Yaponiya – 0,6% (7,8 milyon dollar);
Danimarka – 0,5% (7,4 milyon dollar);
Qazaxıstan – 0,5% (6,5 milyon dollar);
Sinqapur – 0,3% (3,4 milyon dollar);
Kolumbiya – 0,2% (2,9 milyon dollar);
Hindistan – 0,2% (2,6 milyon dollar);
Braziliya – 0,2% (2,4 milyon dollar);
Honkonq – 0,2% (2,1 milyon dollar);
Kanada – 0,1% (2,0 milyon dollar);
Yeni Zelandiya – 0,1% (2,0 milyon dollar);
İsveç – 0,1% (2,0 milyon dollar);
Portuqaliya – 0,1% (2,0 milyon dollar);
Digər dövlətlər – 1,3% (16,9 milyon dollar).
Elnur Əli