
Ukrayna parlamenti Böyük Britaniya ilə yüzillik tərəfdaşlıq sazişini ratifikasiya edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, 295 deputat qərarın lehinə səs verib.
Eyni zamanda, deputat İrina Geraşenko öz “Telegram” kanalında sazişin çərçivə sazişi xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, “Yüzillik saziş” yanvarın 16-da Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı imzalanıb. Ukrayna hakimiyyətinin bildirdiyinə görə, imzalanmış saziş, digər məsələlərlə yanaşı, Kiyevə ən azı 3,6 milyard dollar məbləğində illik hərbi yardım, Ukraynanın hərbi istehsalına, o cümlədən pilotsuz təyyarələrə və artilleriyaya investisiyalar, xüsusi birgə donanmaların yaradılması və texnologiya mübadiləsini nəzərdə tutur.
Ukrayna Prezidenti Volodimir Zelenski isə sənəddə məxfi bəndlərin olduğunu bildirib.