Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülür? – Siyahı


Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 238 milyon 180 min dollar pul göndərilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən vəsaitlərin həcmi 21,4 milyon dollar və ya 8,2% azalıb.
Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Azərbaycandan ən çox vəsait Türkiyəyə köçürülüb. Belə ki, qonşu ölkəyə 68 milyon dollar (ümumi məbləğin 28,6%-i) göndərilib.
İkinci yerdə ABŞ qərarlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Amerikaya göndərilən pullar 11,7 milyon dollar artaraq 39,9 milyon dollara yüksəlib. Bu isə ümumi köçürmələrin 16,8%-nə bərabərdir.
Daha sonra Rusiya (22,1 milyon dollar – 9,3%), Gürcüstan (13,8 milyon dollar – 5,8%), Birləşmiş Krallıq (12,3 milyon dollar – 5,1%) və Birləşmiş Ərəb Əmirlikləri (11,2 milyon dollar – 4,7%) gəlir.
Ən ciddi artım ABŞ və BƏƏ-yə göndərilən vəsaitlərdə qeydə alınıb. ABŞ-yə köçürülən pullar 28 milyon dollardan 40 milyona, BƏƏ-yə göndərilən pullar isə 7 milyon dollardan 11,2 milyon dollara yüksəlib.
2025-ci ilin ilk yarısında Azərbaycandan xaricə köçürülən pulların ölkələr üzrə tam siyahısı belədir:
Türkiyə – 68 mln. $ (28,6%);
ABŞ – 39,9 mln. $ (16,8%);
Rusiya – 22,1 mln. $ (9,3%);
Gürcüstan – 13,8 mln. $ (5,8%);
Birləşmiş Krallıq – 12,3 mln. $ (5,1%);
BƏƏ – 11,2 mln. $ (4,7%);
Almaniya – 9,7 mln. $ (4,1%);
Kanada – 4,5 mln. $ (1,9%);
İsveçrə – 3,6 mln. $ (1,5%);
Çin – 3,5 mln. $ (1,5%);
Qazaxıstan – 3,2 mln. $ (1,3%);
İtaliya – 3,1 mln. $ (1,3%);
Avstriya – 2,9 mln. $ (1,2%);
Koreya Respublikası – 2,8 mln. $ (1,2%);
Fransa – 2,6 mln. $ (1,1%);
Ukrayna – 2,5 mln. $ (1,0%);
İspaniya – 2,4 mln. $ (1,0%);
Polşa – 2,2 mln. $ (0,9%);
Çexiya – 2,1 mln. $ (0,9%);
Litva – 2,1 mln. $ (0,9%);
İsrail – 1,9 mln. $ (0,8%);
Belçika – 1,8 mln. $ (0,8%);
Özbəkistan – 1,7 mln. $ (0,7%);
Niderland – 1,7 mln. $ (0,7%);
Hindistan – 1,2 mln. $ (0,5%);
Portuqaliya – 0,8 mln. $ (0,3%);
Digər dövlətlər – 14,2 mln. $ (6,0%).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top