Gürcüstan Azərbaycana borcunu tam ödədi


Gürcüstan Azərbaycan, Rusiya, Ermənistana olan tarixi borcunu tam ödəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi Gürcüstan Maliyyə Nazirliyinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda onlara olan borclar təxminən bərabər oliub və 1 milyon dollardan az təşkil edib.
Əvvəlki aylarda Gürcüstanın Rusiyaya borcu 3,997 milyon dollar olub. Bu göstəricidə sonuncu dəyişiklik cari ilin fevral ayının sonunda baş verib. O zaman Gürcüstanın  Rusiyaya borcu iki dəfə (7,87 milyon dollardan 3,997 milyon dollara qədər) azalıb. Bir il əvvəl isə bu borc 11,618 milyon dolar təşkil edib.
Gürcüstan həmçinin, Türkiyə, Qazaxıstan və İrana olan borclarını da ödəyib.

DİGƏR XƏBƏRLƏR

Top