Fransadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artıb – Tam siyahı


Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdə yaşayan fiziki şəxslər tərəfindən 533 milyon 957 min dollar pul göndərilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdə yaşayan fiziki şəxslərin Azərbaycana göndərdikləri pullar 33,8 milyon dollar və ya 6% azalıb.
Qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycana göndərilən pul baratlarının ən böyük hissəsi əvvəlki illərdə olduğu kimi yenə də Rusiyanın payına düşüb. 2025-ci ilin ilk yarısında Rusiyadan Azərbaycana 213,1 milyon dollar (ümumi məbləğin 39,9%-i) göndərilib. Ötən ilin eyni dövründə bu rəqəm 287 milyon dollar təşkil edib və ümumi məbləğin 50,6%-nə bərabər olub. Rusiyadan sonra Azərbaycana ən çox Türkiyədən pul göndərilib. Altı ay ərzində Türkiyədən 87,8 milyon dollar pul köçürülüb və bu da ümumi köçürmələrin 16,4%-ni təşkil edib. Türkiyədən sonra 52,1 milyon dollar (9,8%) ilə ABŞ, 18,7 milyon dollar (3,5%) ilə Böyük Britaniya və 18,5 milyon dollar ilə (3,5%) BƏƏ yer alıb.
Ən böyük artım ABŞ və Fransadan göndərilən vəsaitlərdə qeydə alınıb. ABŞ-dən Azərbaycana pul köçürmələri bir ildə 21,5 milyon dollar artaraq 52 milyon dollara, Fransadan isə 5 dəfəyə yaxın artaraq 12 milyon dollara yüksəlib.
Bu ilin ilk yarısında Azərbaycana göndərilən pulların ölkələr üzrə tam siyahısı aşağıdakı kimidir:
Rusiya – 213,1 mln. $ (ümumi məbləğin 39,9%-i);
Türkiyə – 87,8 mln. $ (16,4%);
ABŞ – 52,1 mln. $ (9,8%);
Birləşmiş Krallıq – 18,7 mln. $ (3,5%);
Birləşmiş Ərəb Əmirlikləri – 18,5 mln. $ (3,5%);
Gürcüstan – 18,1 mln. $ (3,4%);
Səudiyyə Ərəbistanı – 12,7 mln. $ (2,4%);
Qazaxıstan – 12,2 mln. $ (2,3%);
Fransa – 12,1 mln. $ (2,3%);
Almaniya – 10,5 mln. $ (2,0%);
Qətər – 8,4 mln. $ (1,6%);
Özbəkistan – 5,9 mln. $ (1,1%);
İrlandiya – 5,9 mln. $ (1,1%);
İsrail – 5,6 mln. $ (1,1%);
İsveçrə – 5,6 mln. $ (1,1%);
Avstriya – 5,0 mln. $ (0,9%);
Litva – 3,1 mln. $ (0,6%);
Niderland – 2,6 mln. $ (0,5%);
Polşa – 2,3 mln. $ (0,4%);
Belarus – 2,2 mln. $ (0,4%);
Kanada – 2,0 mln. $ (0,4%);
Sinqapur – 1,8 mln. $ (0,3%);
Qırğızıstan – 1,7 mln. $ (0,3%);
İspaniya – 1,6 mln. $ (0,3%);
Küveyt – 1,6 mln. $ (0,3%);
İtaliya – 1,4 mln. $ (0,3%);
Digər dövlətlər – 21,5 mln. $ (4,0%).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top