Bu il azərbaycanlılar Türkiyədən 578 mənzil alıblar


Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədən 578 mənzil satın alıblar.
Yeniavaz.com
 Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən bulikindən 61 mənzil az alıblar. Belə ki, ötən ilin ilk 4 ayında azərbaycanlılar Türkiyədən 517 mənzil alıblar.
Onu da bildirək ki, 2015-ci ilin əvvəlindən bu ilin sentyabr ayının 1-nə kimi Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 11 min 212 mənzil alıblar.
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Türkiyədən ən çox Rusiya (2 253 mənzil), İran (1 125 mənzil), Ukrayna (900 mənzil), Almaniya (808 mənzil), İraq (783 mənzil), Azərbaycan (578 mənzil), Qazaxıstan (443 mənzil), Çin (402 mənzil), Səudiyyə Ərəbistanı (374 mənzil) və Əfqanıstan (322 mənzil) vətəndaşları ev alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top