
İran İsrailə casusluqda ittiham olunan Babək Şahbazini edam edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, o, bu gün səhər saatlarında asılaraq edam olunub.
Şahbazi İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və onlara məxfi məlumatlar ötürməkdə ittiham edilirdi.