
Bu ilin ilk 8 ayında xaricdən Azərbaycana 25 milyon 727,7 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana göndərilən humanitar yük 2 dəfədən çox azalıb. Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycana xaricdən 55 milyon 396,8 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olub.
Onu da bildirək ki, bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə 3 milyon 198 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib. Xaricə göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardımlar ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb. Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycandan xarici ölkələrə 3 milyon 581,7 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Elnur Əli