
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 17-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində arabir leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Lənkəranda 21, Astarada 15, Lerikdə 12, Qobustan, Şamaxı, Qəbələdə 9, İmişli, Biləsuvar, Cəlilabad, Kürdəmirdə 8, Neftçala, Yardımlı, Altıağac, İsmayıllı, Daşkəsən, Tərtər, Mingəçevir, Zərdab, Göyçay, Biləsuvar, Ağsu, Sabirabad, Naftalan, Oğuz, Yevlax, Xaltan, Gədəbəy, Sarıbaş (Qax), Ağstafa, Göygöl, Quba, Qusar, Kəlbəcər, Goranboy, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm-dək qeydə alınıb.
Sumqayıt, Daşkəsən, Naftalan, Göygöl, Sarıbaş (Qax), Şəmkir, Şamaxı, Qrız, Yevlax, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.