
“Benfika” “Qarabağa” məğlub olduqdan sonra baş məşqçi Brunu Laje ilə yolları ayırıb.
Yeniavaz.com xəbər verir ki, bunu Portuqaliya təmsilçisinin prezidenti Ruy Koşta elan edib.
O bildirib ki, yeni baş məşqçi həftəsonunadək təyin ediləcək.
Qeyd edək ki, ötən gecə “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb və səfərdə Portuqaliyanın “Benfika”sını möhtəşəm geridönüş edərək 2:3 məğlub edib.