“ABŞ, NATO tərəfindən maliyyələşdirilən ilk hərbi yardımın Ukraynaya çatdırılmasını təsdiqlədi” – “Reuters”


“ABŞ hökuməti ilk dəfə olaraq Ukraynaya NATO müttəfiqləri tərəfindən ödənilən hərbi yardımın göndərilməsini təsdiqləyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, müdafiə nazirinin müavini Elbridj Kolbi hər biri 500 milyon dollar dəyərində iki tədarükü təsdiqləyib. Yardım paketlərinə, xüsusən də hava hücumundan müdafiə sistemləri daxildir.
Bu məlumat rəsmi olaraq təsdiqlənməyib. Pentaqon nəşrin şərh sorğusuna cavab verməyib.
Co Bayden administrasiyası dövründə ABŞ əsasən Kiyevi öz hesabına silahla təmin edirdi. Donald Tramp Ukraynanın müdafiə qabiliyyətini təhlükə altına alan silahları bir daha təmənnasız ötürməyəcəyini bildirib.
Amerika silahlarının tədarükü üçün yeni format haqqında razılaşma iyulun ortalarında elan edilib - indi onların pulunu ABŞ yox, digər NATO ölkələri ödəyəcək. Daha sonra medianın yazdığı kimi, Ukrayna 500 milyon dollarlıq paketlər çərçivəsində zəruri silahların prioritet növlərini müəyyənləşdirəcək və NATO müttəfiqləri onların pulunu dəqiq kimin ödəyəcəyinə öz aralarında qərar verəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top