
Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam edir.