
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün sövdələşməyə məcbur olacaq” .
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya uçmazdan əvvəl Ağ Evdə jurnalistlərlə danışanda deyib.
“O, işə başlamalı və sövdələşməyə getməli olacaq. Razılaşmaq məcburiyyətində qalacaq. Zelenski razılaşmalı olacaq”, - Tramp deyib.
ABŞ prezidenti bir daha Ukraynadakı münaqişənin həll olunacağına əminliyini ifadə edib.