Pirallahıda qaz olmayacaq


Sabah Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top