“Bakubus” Baba Rzayevin qardaşının şirkəti ilə 15 milyonluq müqavilə imzaladı


“Bakubus” MMC “Bakelektro” ASC (VÖEN – 1500046831) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, “Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işlərini həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 15 milyon 67 min 184 manat 86 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 3 iyul 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top