Robert Redford vəfat etdi


Məşhur amerikalı aktyor və rejissor Robert Redford 89 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Redford sentyabrın 16-da Yutadakı evində vəfat edib. Aktyor yuxuda ikən ölüb. Ölümün dəqiq səbəbi ilə bağlı məlumat verilməyib.
Aktyor “Butç Kessidi və Sandens Kid”, “Dələduzluq", “Kondorun üç günü”, “Prezidentin bütün adamları”, “Adi insanlar” və “Afrikadan kənarda” kimi filmlərindəki rolları ilə tanınıb. 1977-ci ildə onun “Prezidentin bütün adamları” filmi dörd Oskar qazanıb.
Aktyor 1936-cı il avqustun 18-də Kaliforniya ştatının Santa Monika şəhərində anadan olub. O, aktyorluq karyerasına 1959-cu ildə başlayıb. Redford Brodvey teatr tamaşalarında və televiziya əyləncə şoularında çıxış edib. 1962-ci ildə “Döyüş meydanında ov” tammetrajlı filmində rol alıb. Aktyor “Oskar”, “Qızıl Qlobus”, “Emmi”, BAFTA kimi beynəlxalq kino mükafatlarının namizədi və qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top