
Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürüb.
Yeniavaz.com xəbər verir ki, “Benfika” - “Qarabağ” klublarının əsas heyətləri ilə yanaşı, bu klubların gənclərdən ibarət U-19 heyətləri də üz-üzə gəliblər.
Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı “Kayşa Futeboç Kampuş” arenasında start götürüb.
Oyunun 6-cı dəqiqəsində “Benfika”nın oyunçusu Miqel Fiqeyredo hesabı açıb.
İkinci qol “Benfika”nın oyunçusu Qonsalo Moreyradan gəlib. O, həmçinin 17-ci, 27-ci, 38-ci dəqiqələrdə də fərqlənərək, ümimilikdə, 4 qola imza atıb. Digər iki qolu “Benfika”dan 20-ci dəqiqədə Fransissko Silva, 61-ci dəqiqədə Stevan Manuel vurub.
85-ci dəqiqədə isə “Qarabağ”ın futbolçusu Əli Qazıbəyov hesab arasındakı fərqi azaldıb.