FIFA-dan daha bir yenilik


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) beynəlxalq təqvimdə dəyişiklik edərək, hər il sentyabr və oktyabr aylarında keçirilən milli komandaların oyunları üçün iki fasiləni birləşdirdiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, FİFA bu barədə öz rəsmi saytında məlumat yayıb.
Məlumata görə, qayda 2026-cı ilin payızında qüvvəyə minəcək.
Belə olduqda, beynəlxalq payız fasiləsi sentyabrın 21-dən oktyabrın 6-dək davam edəcək. Bu müddət ərzində milli komandalar dörddən çox oyun keçirə biləcəklər.
Noyabrda beynəlxalq fasilə 2026-cı ilin 9-dan 17-nə kimi baş tutacaq. Bu müddət ərzində hər komanda üçün iki qarşılaşma nəzərdə tutulacaq.
FİFA həmçinin, belə bir qərarın futbolçular arasında zədələrin sayını azaldacağını bildirib.
Bundan əlavə, oyunçular milli komandaların düşərgələrinə daha az uçmalı olacaqlar.
Qeyd edək ki, hazırda milli komandaların oyunları üçün payızda üç fasilə var - sentyabr, oktyabr və noyabr aylarında.

DİGƏR XƏBƏRLƏR

Top