Lüksemburq də Fələstini tanıyacaq


Lüksemburqun Baş naziri Luk Friden və xarici işlər naziri Kcavye Bettel parlament komissiyasına BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq niyyətində olduqlarını bəyan ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lüksemburqun RTL telekanalı məlumat yayıb.
Məlumata görə, BMT Baş Assambleyasının sessiyası sentyabrın 23-də Nyu-Yorkda baş tutacaq.
Telekanalın bildirdiyinə görə, Fələstinin tanınması məsələsi Lüksemburqda uzun müddətdir ki, müzakirə olunur.
Lüksemburqun Baş naziri qəbul edilən qərarın Nazirlər Kabineti tərəfindən dəstəkləndiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Fransa, Belçika, Kanada və Böyük Britaniya da Fələstinin sentyabrda keçiriləcək BMT Baş Assambleyasında tanıyacaqları ilə bağlı qərarlarını elan etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top